3.JPG
2 iyun 2019

Heydər Əliyev Fondu Lənkəranda iftar süfrəsi açıb

Lənkəran rayonunda Heydər Əliyev Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar iftar sürfəsi açılıb.


İftar süfrəsində rayonda yaşayan şəhid ailələrinin üzvləri, əlillər, müharibə veteranları, dindarlar və din xadimləri, ümumilikdə 350 nəfər iştirak edib.


İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd olunub. Həmçinin ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.


FOTO