1.JPG
28 noyabr 2019

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium keçirilib

Noyabrın 28-də “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium təşkil olunub.

 

Tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, BP Azərbaycan, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Avstriyanın “Atelier Erich Pummer” şirkətinin təşkilatçılığı ilə keçirilib.

 

Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, bu sahədə görülən işlərə dair təcrübə mübadiləsi, eyni zamanda qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntıların daha dərindən öyrənilməsi və təbliğidir.

 

Tədbirdə Azərbaycanın dövlət, hökumət, QHT nümayəndələri, sahə üzrə ixtisaslaşmış elm adamları, Avstriya və Gürcüstanın şirkət və qurumlarının təmsilçiləri iştirak edib.

 

Beynəlxalq simpoziumda Heydər Əliyev Fondu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, BP Azərbaycan şirkətinin, Gürcüstan Milli Muzeyinin nümayəndələri son illər ərzində mədəni irsin qorunması istiqamətində fəaliyyəti əks etdirən təqdimatlarla çıxış edib, bu sahədə aparılan işlər barədə məlumat verib.

 

Tədbir çərçivəsində, həmçinin qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiyanın açılışı olub. Sərgi-ekspozisiya 6 ay müddətində «Daş salnamə» muzeyində nümayiş etdiriləcək.


FOTO

Paylaş: