1.JPG
24 yanvar 2020

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Yanvarın 29-da Parisdə UNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək.

 

Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub.

 

Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib.

 

Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.


Paylaş: