İyulun 9-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda “Qan ver, yaşat” devizi altında könüllü qanvermə aksiyası keçirilmişdir.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 500-ə yaxın rayon sakini bu təşəbbüsə qoşulmuş və insanların həyatı naminə qan vermişlər.
Toplanan qan laboratoriyada müayinədən keçirilərək hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə olunacaqdır.