img_14011_inner.jpg
12 sentyabr 2013

Aztəminatlı ailələrin uşaqlarına məktəbli formalarının təqdimatı

Sentyabrın 12-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub.


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb, rəhbərlik etdiyi rayonda bir çox məktəb binasının Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunduğunu, müasir standartlar səviyyəsində yenidən qurulduğunu xatırladıb.


Tədbirin sonunda imkansız, maddi durumu ağır olan ailələrdən 200 məktəbliyə yeni məktəbli forması təqdim olunub.