Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyində təmizlik aksiyası keçirilib.
“Təmizlik naminə” devizi ilə keçirilən aksiyada bir daha “Xəzərin sahillərinin ekoloji sağlamlığı hər birimizdən asılıdır” mesajı ictimaiyyətin diqqətinə çatdırıldı.
Aksiyaya qəsəbə sakinləri, xüsusilə gənclər qoşulub. Nəqliyyat, köynək, papaq və əlcəklərlə təmin edilmiş aksiya iştirakçıları tərəfindən çimərlik ərazisi müxtəlif məişət tullantılarından təmizləndi.
Toplanan bütün tullantılar hazırda sınaq rejimində fəaliyyət göstərən tullantıların çeşidlənməsi zavoduna daşınıb.