2.JPG
4 mart 2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı doğum evində olub

Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı doğum evində olub. Xatırladaq ki, bu doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.

 

Leyla Əliyeva doğum evindəki palataları gəzib, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlanıb, uşaqların sağlam böyümələrini arzulayıb.

 

120 çarpayıdan ibarət tibb müəssisəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.

 

Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verilib. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl dünyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı doğum evində 70-dən çox yeni dünyaya gələnlərdən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildiriblər.

 

Tibb müəssisəsində 398 işçi çalışır. Leyla Əliyeva doğum evinin əməkdaşları ilə şəkil çəkdirib, onlara işlərində uğurlar arzulayıb.


FOTO