İyunun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Afinada keçirilən konserti yerli mətbuat tərəfindən də böyük maraqla qarşılanıb. Yunanıstan KİV-də dərc olunan bir sıra materiallarla yanaşı, təxminən 900 minlik tamaşaçı auditoriyası olan Meqa TV-də Azərbaycan mədəniyyəti, Heydər Əliyev Fondu haqqında videomaterial yayımlanıb.
http://www.megatv.com/megagegonota/summary.asp?catid=27377&subid=2&pubid=33573089
http://www.action24.gr/showbiz/item/21168-ellada-azermpaitzan-akoma-pio-konta