12345.jpg
1 oktyabr 2014

Fransa mətbuatı Parisdə təşkil olunmuş “Azərbaycan şəhərciyi”ndən yazır

Parisdə San Sülpis meydanında sentyabrın 19-dan 28-dək təşkil olunan “Azərbaycan şəhərciyi” başa çatıb. Bu müddətdə Fransa mətbuatı Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Azərbaycan şəhərciyi"ndən bəhs edib.

 

Yerli media yazır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”nin açılışında iştirak edib. Bildirilir ki, bu ilin iyul ayında Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərindən sonra bu ölkənin mənəvi zənginlikləri Parisdə də təqdim olunub.

 

Məqalələrdə qeyd olunur ki, şəhərcikdə Azərbaycan mədəniyyətinin bütün gözəlliklərini kəşf etmək, tarix və ənənələri, milli geyimləri ilə yaxından tanış olmaq, Azərbaycan təamlarını dadmaq mümkün idi.

 

Fransa mətbuatının fikrincə, bu tədbirin təşkili Qərblə Şərq arasında körpü kimi beynəlxalq arenada mühüm mövqe tutan, “Qafqazın mirvarisi” Azərbaycanın  tarix və mədəniyyətini, fərqliliklərini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.

 

“Paris-frivole.com” saytında dərc olunmuş materialda “Azərbaycan şəhərciyi”ndə təqdim olunan milli rəqslərdən, pəhləvan yarışları və kəndirbaz oyunlarından söz açılır. Materialda Azərbaycan incəsənət nümayəndələrinin çıxışlarının sehirli və heyrətamiz təsir bağışladığı ifadə edilir.

  

Le Nouvelles de Paris

 

Paris Frivole Le Mag


Le Germanopolitan 


Paylaş: