Noyabrın 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının İstanbulun “Çırağan” sarayında keçirilmiş təqdimat mərasiminə Türkiyə mətbuatı böyük maraq göstərib. Türkiyənin bir sıra nüfuzlu mətbuat orqanlarında mərasimlə bağlı geniş məqalələr yer alıb.
Məqalələrdə “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanır, İstanbulda keçirilmiş təqdimat mərasimində Türkiyənin idman, mədəniyyət və digər sahələri təmsil edən önəmli şəxslərinin iştirak etdikləri bildirilir.
Türkiyə KİV-i mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da iştirak etdiyini xüsusi vurğulayır.