12 sentyabr 2014

UNESCO-nun baş qərargahında və Strasburq şəhərində Qobustan həftəsi keçiriləcək

Sentyabrın 15-16-da UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçiriləcək.

 

Həftə çərçivəsində Azərbaycanın qədim tarixinin simvolu olan və UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun daha da geniş təbliğ olunması məqsədilə foto və əşyalar sərgisi açılacaq, müxtəlif növlü təbliğat materialları paylanılacaq və “Qobustan kölgələri” baleti nümayiş olunacaq.

 

Mərasimdə ölkəmizin, UNESCO katibliyinin və təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.

 

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.