31 oktyabr 2025
31 oktyabr-2 noyabr 2025-ci ildə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “ART Weekend” festivalı keçirilib.
“ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.
Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunub.