Bakı Fransız Liseyi

  • Layihə
  • Foto


Bakı Fransız Liseyi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.


2011-ci ilin mart ayında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanıb, oktyabr ayında isə Azərbaycan və Fransa Prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib.


2014-cü il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Fransız Liseyinin açılışında iştirak ediblər.


Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşən liseyin sahəsi 14 min kvadratmetrdir. 320 şagird yerlik tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərir.


Liseydə tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.



Paylaş:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg