Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində yerləşən 340 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.
2015-ci il noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bina ikimərtəbəlidir. Müəssisə zəruri avadanlıqla təchiz edilib, hovuz, musiqi otağı, idman zalları yaradılıb, bağçanın həyətində yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.
10 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçasında 200 uşağa qayğı göstərilir.