Tovuz şəhərində 7 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto
  • Video


Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. Bağçanın inşasına 2014-cü ilin sonlarında başlanılıb. 2016-cı il fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil müəssisəsinin açılışında iştirak edib.

 

Bina ikimərtəbədən ibarətdir. Müəssisə zəruri avadanlıqla təchiz edilib. Bağçanın ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.

 

100 yerlik bağçada beş qrup fəaliyyət göstərir. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.



Paylaş:

01.JPG
02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG