Beyləqan şəhərində 8 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto

Beyləqan şəhərində yerləşən 8 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Müəssisənin tikintisinə 2015-ci ildə başlanılıb. 2016-cı il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin açılışında iştirak edib.

 

240 şagird yeri olan məktəbin ümumi sahəsi 2900 kvadratmetrdir. Məktəbdə informatika kabineti, xarici dil otaqları, kimya, fizika və biologiya üzrə fənn laboratoriyaları var. Kitabxana dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.

 

Təhsil müəssisəsinin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.



04.JPG