Şamaxı şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 2020-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak ediblər.
Məktəbəqədər təhsil müəssisəsi 110 yerlikdir. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.