Saatlıda Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi

  • Layihə
  • Foto


Saatlı rayonunda yerləşən Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

 

Təhsil müəssisəsi 1904-cü ildən 190 yerlik uyğunlaşdırılmış məktəb kimi fəaliyyət göstərir. Məktəb binası sonuncu dəfə 1975-ci ildə təmir edilmişdi. Tədris ocağı istifadəyə yararsız vəziyyətdə olduğundan 360 şagird yerlik yeni məktəb binası inşa edilib.

 

Məktəbdə fənn otaqları, biologiya, kimya üzrə kabinet və laboratoriyalar, informatika kabineti, hərbi otaq, əmək otağı, kitabxana və oxu zalı, idman və akt zalları, futbol və voleybol meydançaları yaradılıb, yeməkxana istifadəyə verilib, məktəbin həyətyanı sahəsi abadlaşdırılıb.


1.1.jpg
2.2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg