1935-ci ildə tikilmiş və uzun illər istifadədən sonra yararsız vəziyyətə düşmüş Goranboy şəhər 3 nömrəli tam orta məktəbi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa olunub.
Məktəbin tikintisinə 2011-ci ilin əvvəllərində başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il yanvarın 21-də Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışını edib.
Ərazisi 0,5 hektar olan məktəb iki mərtəbədən ibarətdir. Məktəbdə yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanasında 5 mindən artıq vəsait toplanıb. Məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. İdman zalında müasir tələblərə cavab verən avadanlıq quraşdırılıb.
Məktəb 420 şagirdin təhsil alması üçün nəzərdə tutulub.