İsmayıllı şəhərində yerləşən internat tipli “Talıstan” liseyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Dörd mərtəbədən və 5 korpusdan ibarət bina 1296 şagird yerlikdir. Burada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.