Bakının Xəzər rayonunda yerləşən 324 saylı tam orta məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən qurulub.
2007-ci ildə inşa olunan məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərçivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.