2 dekabr 2004

Heydər Əliyev Fondu Cömərdi Qəssab türbəsini bərpa edib

Heydər Əliyev Fondunun dəstəyi və yaxından köməkliyi sayəsində Comərdi Qəssabın məzarı və ona aid olan abidənin tarixi yeri aşkar olunaraq, Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri ilə köhnə layihə əsasında bərpa olunub.


Bərpa olunmuş "Comərdi Qəssab" türbəsinin açılış mərasimi 2004-cü il dekabrın 2-də olmuşdur. Türbənin bərpa olunması şəhər ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.