02_QABALA-NİJ-ALBAN MABADI-YENİDANQURMA.jpg
7 noyabr 2020

Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi bərpa olunub

Noyabrın 7-də Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpadan sonra açılışı olub. Müqəddəs Məryəm Ana Alban kilsəsi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib.

 

Bu, Nic qəsəbəsində Heydər Əliyev Fondunun təmir etdirdiyi ikinci kilsədir. 2006-cı ildə buradakı “Cotari” Alban-udi kilsəsi də təmir olunub.

 

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə və 2 məscid var.

 

Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili icma adından Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpasına görə Heydər Əliyev Fonduna, onun rəhbərliyinə təşəkkürünü bildirib.


FOTO