PT6K9334.JPG
31 oktyabr 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncədəki Həzrəti Zeynəb məscidini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 31-də Gəncədəki Həzrəti Zeynəb məscidini ziyarət etmişdir.

 

Bu müqəddəs ziyarətgah Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə qazısı hacı Tahir bu xeyırxahlığa görə Mehriban xanım Əliyevaya minnətdarlıq etdi. O, Gəncədə tarixi abidələrin, ocaqların və pirlərin təmiri və bərpasına həssaslıq göstərən Prezident İlham Əliyevə və xanımına Uca Allahdan cansağlığı və xoşbəxtlik dilədi, belə xeyirxah işlərin heç vaxt əvəzsiz qalmayacağını və Tanrı tərəfindən mükafatlandırılacağını vurğuladı.

 

Mehriban xanıma müqəddəs Quran təqdim edildi.


FOTO