1.jpg
29 yanvar 2018

İsveçrədə keçirilən qar polosu üzrə dünya çempionatı çərçivəsində “Azərbaycan guşəsi” yaradılıb

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qar polosu üzrə dünya çempionatı çərçivəsində “Azərbaycan guşəsi” yaradılıb.

 

Turnirin keçirildiyi məkanda Heydər Əliyev Fondunun dəstəyi və ARAF-ın təşkilatçılığı ilə yaradılan guşədə Azərbaycanın incəsənət xadimlərinin heykəltəraşlıq və rəsm əsərləri, milli xalça növləri, çövkən oyununa, müxtəlif mövzulara dair kitablar nümayiş etdirilib. Bundan başqa, ziyarətçilərə Azərbaycan şirniyyatları, milli çay süfrəsi, yerli çaxır növləri, qutab və milli mətbəximizin digər ləziz nümunələri təqdim olunub.

 

“Azərbaycan guşəsi”ndə “Natiq” ritm qrupunun ifasında milli musiqi əsərlərimiz ifa edilib.

 

Qeyd edək ki, turnirdə “La Martina” kuboku uğrunda “Odlar Yurdu Azərbaycan” və “Badrutt's Palace” komandaları qarşılaşıblar. Azərbaycan təmsilçisi ən güclü polo komandalarından biri olduğunu sübuta yetirərək 5:4 hesabı ilə qalib gəlib. “Odlar Yurdu Azərbaycan” komandası bu qələbə sayəsində üçüncü yerin və “La Martina” kubokunun sahibi olub.


FOTO