Azərbaycan xalçaları

2011-ci ilin fevralında işıq üzü görmüş “Azərbaycan xalçaları” nəşri Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətindən bəhs edən növbəti layihəsidir. “Azərbaycan xalçaları” nəşri kitabça, DVD və multimedia disklərindən ibarətdir.


Nəşrdə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri haqqında ümumi məlumat və hər məktəbə aid xalçaların şəkilləri yer alıb.


Nəşrə daxil olan DVD-də Heydər Əliyev Fondunun hazırladığı eyni adlı film təqdim olunur. “Qarabağ inciləri” adlı multimedia diski Qarabağ xalçaçılıq məktəbinə həsr edilib. Diskdə Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri haqqında ətraflı məlumat verilir.


“Azərbaycan xalçaları” fransız, ingilis, rus, alman, italyan dillərində nəşr edilib. 

  • Tappeti azerbaigiani

Paylaş: