Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı nəşrlər

Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə”-ni, “Nizami məqbərəsinin tarixi və taleyi” kitabını və buklet nəşr edib.


Yeni formatda nəşr olunan “Xəmsə”də topluya daxil olan əsərlər ayrılıqda təqdim olunur.


Yeni nəşrlər sırasında olan “Nizami məqbərəsinin tarixi və taleyi” kitabında dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərənin tarixi araşdırılır. Kitabda İran, Osmanlı və Rusiya imperiyalarının Qafqazda yürütdüyü siyasət nəticəsində dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zaman-zaman bərpa olunması, bu istiqamətdə görülən işlər barədə maraqlı faktlar öz əksini tapıb.


Bukletdə “Xəmsə”yə daxil olan əsərlərə ucaldılmış abidələrin şəkilləri yer alıb.