Eurovision Bakıda


2012-ci ildə Heydər Əliyev Fondu Heydər Əliyev Mərkəzi ilə birgə layihə çərçivəsində “Eurovision Bakıda” adlı film və kitab hazırlayıb.

 

Kitab Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ön sözü ilə başlayır.

 

192 səhifəlik kitabda Azərbaycanın “Eurovision”da iştirakını, ölkəmizin turizm potensialını, xüsusilə “Eurovision-2012”ni əks etdirən fotoşəkillər toplanmışdır.

 

Layihəyə daxil olan filmdə “Eurovision-2012”yə hazırlıq prosesi, müsabiqə müddətində keçirilmiş tədbirlər haqqında, ümumilikdə müsabiqə haqqında ətraflı məlumat verilir.

 

Layihəyə “Eurovision-2012”nin yarımfinal və final konsertlərinin yer aldığı DVD-lər də daxildir.


  • Eurovision Bakıda
  • SEMI-FINAL 1
  • SEMI-FINAL 2
  • GRAND FINAL

Paylaş: