Azərbaycanda alman izləri

2014-cü ildə Heydər Əliyev Fondu alman dilində “Azərbaycanda alman izləri” kitabını nəşr edib.


Kitabın birinci fəslində alman səyyahlarının müxtəlif dövrlərdə Azərbaycan haqqında verdikləri məlumatlar öz əksin tapıb. İkinci fəsildə Azərbaycanda almanların məskunlaşması və onların həyatı tarixi baxımdan şərh edilib. Üçüncü fəsildə alman iş adamlarının ölkəmizdəki fəaliyyəti, alman arxitektorların inşa etdikləri binalar və s. haqqında geniş məlumatlar verilib. Elmi faktlar əsasında hazırlanan kitab müxtəlif dövrlərdə çəkilmiş xəritələrlə, Azərbaycanda alman izlərini əks etdirən maraqlı fotolarla zəngindir.


Almaniyalı professor, doktor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanan kitabın 28 oktyabr 2014-cü ildə Hannoverdə keçirilən Azərbaycan mədəniyyəti gecəsində təqdimatı olub.