Mansurovlar


2011-ci ildə Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə ithaf olunmuş “Mansurovlar” kitabını çap edib. Kitab üç müxtəlif əsərin toplusudur. Burada Məşədi Süleyman bəy Mansurovun “Xatirələr”, Bəhram Mansurovun “Ömür qıysa...” (xatirələr) və Eldar Mansurovun “Mansurovlar” kitabları toplanıb.


Nəşr Mansurovlar nəslinin 300 illik bir zaman kəsiyində keçdiyi şərəfli sənət yolunu özündə təcəssüm etdirir.

Paylaş: