“Əxlaqi-Nasiri” kitabı

2009-cu ildə Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” kitabını latın qrafikası ilə yenidən nəşr edib.


Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanıb.


Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Paylaş: