2012-ci il noyabrın 15-də Romada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə “Azərbaycan: mədəniyyət ruzigarı” adlı mərasim keçirilib.
Romanın “Auditorium Parco Della Musica” konsert və festivallar sarayında keçirilən mərasimdə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edib.