Reymsdə Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və konsert

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2013-cü ilin noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Reymsdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil olunub.

 

Noyabrın 28-də Reyms şəhərinin To sarayında təşkil olunmuş sərgidə Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar nümayiş etdirilib.

 

Noyabrın 30-da Reyms Konservatoriyasında təşkil edilmiş konsertdə Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Şəfiqə Axundovanın və başqalarının əsərləri ilə yanaşı, xalq mahnıları və Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş musiqilər ifa edilib, şairənin fransız dilinə tərcümə olunan rübailəri səsləndirilib.


Konsertdən sonra Heydər Əliyev Fondu tərəfindən Məhsəti Gəncəvinin fransız və ingilis dillərində çap olunmuş kitabları tamaşaçılara paylanılıb. 



Paylaş:

01.jpg
01+.jpg
02.jpg
02+.jpg
02++.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
07+.jpg
07+++.jpg
08.jpg
09.jpg
09+.jpg
09++.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017+.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg
026.jpg
027.jpg
028.jpg
029.jpg
030.jpg
032.jpg
033.jpg
034.jpg
035.jpg
036.jpg
037.jpg
038.jpg
038+.jpg
039.jpg
040.jpg
041.jpg
042.jpg

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Reyms və Miluz şəhərlərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş tədbirlər, Azərbaycanın Fransada təşkil olunmuş beynəlxalq yarmarkada iştirakı yerli mətbuatda geniş işıqlandırılıb. Fransanın “L’union” qəzetində Reyms...