2014-cü il iyulun 8-də Kannda Azərbaycan mədəniyyəti günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə iştirak edib.
Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar səsləndirilib.
Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.
15 iyul 2014
“Euronews” kanalında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri haqda süjet yayımlanıb. Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı bildirilir. Azərbaycanın dostları cəmiyyətinin üzvü...