Müqəddəs Sebastian katakombaları

  • Layihə
  • Foto

Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.

 

Bərpa işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib.

 

Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdaba yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Katakombalar təbii və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.


014.JPG
015.JPG
016.JPG