Birinci Azərbaycan Üzüm və Şərab Festivalı

  • Layihə
  • Foto


2019-cu il avqustun 30-31-də Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçirilib.

 

Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

 

Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olub.

 

Avqustun 30-da festivalın açılış mərasimi keçirilib, qonaqlara musiqili proqram təqdim olunub.

 

Üzüm, şərabçılıq və festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədilmiş ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları,  həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərib. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilib.

 

Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.

 

Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçirilib. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.

 

Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunub.

 

Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Həmçinin şərabı vəsf edən Şərq və Azərbaycan poeziya nümunələrindən ibarət ədəbi kompozisiya təqdim olunub; Ömər Xəyyam, Seyid Əzim Şirvani və digər klassiklərin əsərləri səsləndirilib.

 

Tədbirə ailəvi qatılan iştirakçıların övladları uşaq əyləncə zonasında vaxtlarını maraqlı keçiriblər. Burada onlar mini zooparkda heyvanlarla tanış olur, müxtəlif viktorina və ustad dərslərində iştirak ediblər.

 

Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunub, yelkənli qayıqda musiqi nümunələri ifa edilib.

 

Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.

 

Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb.



1.1.jpg
3.JPG
5.JPG
6.JPG
7.JPG
8.jpeg
9.jpeg
12.jpeg
14.jpeg
15.JPG
19.JPG
20.JPG
24.1.jpeg
24.JPG
28.jpeg
29.jpeg
33.JPG
36.JPG
37.JPG
45.JPG
47.JPG
50.JPG
51.JPG
52.JPG
57.JPG
58.JPG
59.JPG
60.JPG
61.JPG
62.JPG
63.JPG
64.JPG
66.JPG
67.JPG
69.JPG
71.JPG
72.JPG
73.JPG
74.JPG
75.JPG
76.JPG
77.JPG
78.JPG
79.JPG
80.JPG
81.JPG
82.JPG
84.JPG
85.JPG
86.JPG
87.JPG
88.JPG
89.JPG
90.JPG
91.JPG
93.JPG