2025-ci il iyulun 24-29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festival günlərində Azərbaycanla yanaşı, Latın Amerikası, Litva, Gürcüstandan dünyaşöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri çıxış ediblər. Festival çərçivəsində klassik musiqidən muğama, cazdan operaya qədər zəngin proqramlar təqdim olunub.