“Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun dəstəyi ilə “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi hazırlanıb.

 

Davam olacaq bu layihə çərçivəsindəki hər animasiya filmində tamaşaçılar Azərbaycanın müxtəlif bölgələrinə səyahətə çıxacaq.

 

“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.

 

Dinamik şəkildə hazırlanan filmdə personajların səsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirmək məqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.

01.1.jpg
02.2.jpg
03.3.jpg
04.4.jpg
05.5.jpg
10.10.jpg
11.11.jpg
13.13.jpg