Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi

  • Layihə
  • Foto


Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 2013-cü il oktyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak edib.

 

Mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir.

 

Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Mərkəzdəki hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Binanın yeməkxanasında Daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait yaradılıb. 

 

Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus da hədiyyə olunub.



01.gif
2.gif
05.gif
06.gif
07.gif
07+.gif
07++.gif
011.gif
013.gif
014.gif
015.gif
017.gif
018.gif
018+.gif
019+.gif
021.gif
022.gif
022+.gif
023.gif
026.gif
027.gif
029.gif
030.gif
031.gif
032.gif
033.gif
035.gif
037.gif
038.gif
039.gif
041.gif
042.gif
043.gif
044.gif
045.gif
046.gif
047.gif
048.gif