2018-ci il iyunun 1 və 2-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalda iştirak edib.
Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.
Hər iki gündə uşaqlar üç saat ərzində bayramlarını əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını nümayiş etdirib, intellektual yarışlarda, maarifləndirici təlimlərdə iştirak ediblər.