Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binası Heydər Əliyev Fondunun layihəsi çərçivəsində yenidən qurulub.
Bina “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. 2019-cu ilin dekabr ayından etibarən 8 ay ərzində inşaat işləri aparılıb.
Mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.