Heydər Əliyev Fondu müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud olan uşaqlar və şəhid övladları üçün 28 və 29 dekabr tarixlərində “Gülüstan” sarayında Yeni il şənliyi keçirib.
Şənliklərdə “Şəngülüm, Şüngülüm, Məngülüm Yeni il şənliyini necə hazırladılar” tamaşası təqdim edilib. Teatrlaşdırılmış səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyirin şərə qalib gəlməsi üzərində qurulmuşdu. Rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər.
Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə hazırlanmışdı.