2014-cü il iyulun 9-da Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli təqdimatı olub.
Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Kann şəhərinin meri Devid Lisnard, Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya mərasimdə çıxış ediblər.
Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Təqdimata həsr edilmiş ziyafətdən sonra Kann şəhərinin məşhur Kruazett bulvarında Azərbaycan musiqisinin sədaları altında atəşfəşanlıq olub.