Londonda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı

  • Layihə
  • Foto
  • Video


2015-ci il aprelin 27-də Londonun “The Dorchester Hotel”ində Heydər Əliyev Fondunun və birinci Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.


Tədbirdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.


Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coe, “Bakı-2015”in baş əməliyyat direktoru Simon Kleqq çıxış ediblər.


Tədbirdə birinci Avropa Oyunları ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər və suvenirlər paylanıb.


Mərasim konsert proqramı ilə davam edib.



Paylaş:

1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg