Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması

  • Layihə


2007-ci ilin oktyabrında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabını nəşr ediblər. İngilis dilində nəşr olunan kitabda işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs olunur.


Kitabda Qafqaz albanlarının dini memarlıq irsi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində və Ermənistan ərazisindəki tarix və mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyəti haqqında yazılar və illüstrativ materiallar toplanıb.


Kitaba multimedia diski və DVD daxildir. Nəşrlə bağlı www.war-culture.az saytı da yaradılıb.


Kitabxanaya keçid