2008-ci
ildə Heydər Əliyev Fondu Azərbaycanın Xalq artisti, virtuoz kamançaçalan Habil
Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlayıb. Alboma Azərbaycan
və ingilis dillərində nəşr olunmuş kitab və kamança ustadının ifasında xalq, bəstəkar
mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından
ibarət 4 CD daxildir.
Sənətkarın həyat və yaradıcılığından bəhs edən kitab ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillərlə zəngindir.
Nəşrdəki mətnlərin müəllifi Mustafa Çəmənli, tərcüməçi Bəylər Hacıyevdir.