2006-cı
ildə Heydər Əliyev Fondu “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabını
nəşr edib. “Heydər Əliyev Fondu təqdim edir...” seriyasından nəşr olunan kitabda
Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarixi mədəniyyət
abidələrinin, ziyarətgahların, məscid və məbədlərin adları toplanıb, onlar
haqqında maraqlı məlumatlar verilib.