Fikrət Əmirov

  • Layihə


2014-cü ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirova həsr olunmuş musiqi albomu hazırlayıblar. 2014-cü il noyabrın 25-də Heydər Əliyev Mərkəzində nəşrin təqdimat mərasimi keçirilib.


Nəşrə Fikrət Əmirovun həyat və zəngin yaradıcılığından bəhs edən kitab, bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin DVD-ləri, əsərlərinin toplandığı CD-lər daxildir.


Bəstəkarın şəxsi arxivi əsasında hazırlanmış kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, XIX əsrin sonu XX əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, Fikrət Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və onun əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.


Kitabxanaya keçid