2011-ci
ildə Heydər Əliyev Fondu Azərbaycan və ingilis dillərində “Qala qoruğu” adlı
buklet nəşr edib. Bukletdə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən
biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə
Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq
səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat
verilir.