“Mədəniyyətlər körpüsü” nəşri Heydər Əliyev Fondu, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən hazırlanıb. Kitabın ilk nüsxəsi 2025-ci ildə təqdim edilib.
Nəşrdə Azərbaycan və Vatikan arasında əlaqələrin tarixi, iki dövlət arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Vatikana ilk rəsmi səfərinin rolu, Azərbaycan və Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq, mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsinə yönələn qarşılıqlı rəsmi səfərlər barədə məlumat verilib. Həmçinin Heydər Əliyev Fondunun 2012-ci ildən Vatikanda həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub.